Sürpriz kupon – 17.05.2023

Sürpriz kupon – 17.05.2023

“Mançester Siti” – “Real” Mərhələni “Real” keçəcək
“Real” Çempionlar Liqasında ən çətin vəziyyətlərdən belə çıxmağı bacarıb. Düzdür, bu mövsüm Madrid klubunun işləri o qədər də yaxşı getmir. “Santyaqo Bernabeu”dakı 1:1-lik heç-heçədən sonra hamı “Siti”nin şanslarını yüksək qiymətləndirir. Amma “Real”dan daha bir sürpriz gözləməyinə dəyər.

“Midlsbro” – “Koventri” 1
Komandalar Premyer Liqaya vəsiqə qazanamaq üçün pley-off matçlarına çıxırlar. Bu son 9 gündə rəqiblərin 3-cü dueli olacaq. Bundan əvvəlki hər iki oyun bərabərliklə yekunlaşıb.
“Midlsbro”nun əsas üstünlüyü doğma publika olacaq. Ona görə də meydan sahiblərini daha şanslı hesab edirəm.

“Karagümrük” – “Adana Demirspor” ÜST 2,5
“Adana Demirspor” son 4 oyununu qələbə ilə başa vurub.
“Karagümrük” isə “Qalatasaray”la heç-heçədən sonra “Antalyaspor”a uduzdu.
Bu komandaların son oyunları məhsuldar alınıb. Bu dəfə də çox qol vuralacağına ümid edirəm

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 17.05.2023

Növbəti yazı

Xavi onları istəmir