Xavi antirekorda şərik oldu

Xavi antirekorda şərik oldu

“Barselona”nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”a qarşı keçirilən matçda antirekordu təkrarlayıb. İspaniyalı Kataloniya təmsilçisinin sükanı arxasında avrokubokların ilk iki ev oyununda qələbə qazana bilməyən ikinci məşqçi olub.

Qarşılaşma qolsuz bərabərə nəticələndiyindən, Xavi niderlandlı Lui van Qalın göstəricisini təkrarlayıb. La Liqa təmsilçisi öncəki mərhələdə “Napoli” ilə də “Nou Kamp”da heç-heçə etmişdi.

1996/97 mövsümündə “Barsa” van Qalın rəhbərliyi altında Çempionlar Liqasında keçirdiyi ilk iki görüşdə (PSV – 2:2, “Dinamo” Kiyev – 0:4) qalib gələ bilməyib.

Qeyd edək ki, “Barselona” ilə “Qalatasaray” arasında cavab görüşü martın 17-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında həftənin ən yaxşısı adına iddialılar

Növbəti yazı

Di Mariyanın durumuna aydınlıq gəldi