Xal ehtiyatımız artdı, mövqeyimiz dəyişmədi

Xal ehtiyatımız artdı, mövqeyimiz dəyişmədi

Avropa Liqası və Konfrans Liqasında pley-offun cavab oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb. Azərbaycanın xal hesabı artıb.

Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi səbəb olub. Ağdam klubunun pley-offda “Braqa”nı keçməsi (4:2, 2:3) sayəsində ölkəmizin aktivinə 1 bonus xalı, yəni reytinqə 0,250 xal əlavə edilib.

Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,625-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 19,875-dir.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana yaxınlaşıb. Təmsilçisi qalmayan 26-cı yerin sahibi ilə fərq 0,500-dür. “Qarabağ”ın cəmi bir qələbəsi ilə Bolqarıstana çatmaq, əlavə göstəricilərdə keçmək mümkün olacaq.

ETOPAZ

Əvvəlki yazı

Neto üçün 80 milyon

Növbəti yazı

Ronaldo üçün ildə 238 milyon