Voznyatski vida matçı keçirəcək
Dünyanın sabiq birinci raketkası Karolin Voznyatski vida oyunu keçirəcək. Ötən il “Australian Open”də karyerasını başa vuran danimarkalı ulduz tennisçi 2022-ci il fevralın 9-da yenidən korta çıxacaq.
Karolin almaniyalı Anjelik Kerberlə üz-üzə gələcək. Bu qarşılaşma Kopenhagendə baş tutacaq.
Onlar Danimarkadakı “Royal Arena”da görüşəcək. Bu stadion 16 min tamaşaçı tutumuna malikdir.
Öncədən Voznyatski vida görüşündə Serena Uilyamsla qarşılaşmalı idi. Lakin 2020-ci ildə koronavirus pandemiyası üzündən, ötən il isə danimarkalının ana olması səbəbindən vida matçı təxirə salınıb.