“Vest Hem” satılmır
İngiltərənin “Vest Hem” klubu sahibini dəyişməyəcək. Buna London təmsilçisinin indiki sahibləri David Qold və David Sallivan qərar verib.
Onlar Premyer Liqa klubunu almaq istəyən “PAI Capital”dan aldıqları təklifləri rədd edib. Şəriklər onlara iki dəfə müraciət edən şirkətlə alqı-satqıya razılaşmayıblar.
Qold və Sallivan klubu satmaq niyyətlərinin olmadığı üçün belə qərar verib. “PAI Capital” 13,5 milyard avro kapitala malik şirkətdir.