Vlahoviç Luka Toninin rekordunu keçdi
Duşan Vlahoviç “Fiorentina”nın tarixinə düşüb. Serbiyalı futbolçu Florensiya təmsilçisinin heyətində bir təqvim ilində ən çox qol vuran oyunçu olub.
Duşan A seriyasının XI turunun “Speziya” ilə matçında (3:0) het-trikə imza atıb. 21 yaşlı hücumçu bu il “Fiorentina”nın heyətində A seriyasında vurduğu qolların sayını 25-ə çatdırıb.
O, qələbəyə görə üç xalın verilməyə başladığı 1994-cü ildən sonrakı dövr üçün klub rekorduna imza atıb. Vlahoviç 2006-cı ildə 24 qol vuran Luka Tonini arxada qoyub.