Günün kuponu – 01.11.2021
“Vulverhempton” – “Everton” – 1
Meydan sahibləri 13 xalla 11-ci yerdədir. “Everton” isə 14 xalla 9-cu sıradadır. “Vulverhempton” qələbə qazanacağı təqdirdə turnir cədvəlində mövqeyini möhkəmlədəcək. Digər tərəfdən Rafael Benitesin gəlişindən sonra “Everton” oyun baxımından xeyli irəliləyib. Bununla belə bu səfər matçı onlar üçün çətin olacaq. “Vulverhempton”un heyətində itkilər yoxdur, əsas futbolçuların hamısı meydana çıxmağa hazırdı. Benitesin komandasının səfərdə uduzağını düşünürəm.
“Bolonya” – “Kalyari” – ÜST 2.5
A seriyasında məhsuldar oyunlarla fərqlənən iki komanda üz-üzə gəlir. “Bolonya” və “Kalyari” keçirdiyi 10 oyunda qapılarında 22 qol görüb. Ümumiyyətlə hər ikis klub müdafiədə olan boşluqlara görə çox problem yaşayıb. Fikrimcə bu matç məhsuldar nəticə ilə yekunlaşacaq.
“Rayo Valekano” – “Selta Viqo” – 1
Cari mövsüm “Rayo Valekano” doğma meydanda yaxşı təsir bağışlayır. “Kampo De Valekas” arenasında son matçda “Barselona”nı məğlub edən “Rayo Valekano” son 6 görüşdə meydanı qələbə ilə tərk edib. Qonaqlar isə əksinə səfər komandası hesab edilmir və əksər oyunlarda rəqibə ciddi problem yaşada bilmirlər. Bu görüşdə də meydan sahiblərinin sevinəcəyini düşünürəm.
“Vulverhempton” – “Everton” – 1 – 2.15
“Bolonya” – “Kalyari” – ÜST – 2.5 – 1.62
“Rayo Valekano” – “Selta Viqo” – 1 – 2.20
CƏMİ: 7.66