Vitsel “Borussiya”dan ayrılacaq

Vitsel “Borussiya”dan ayrılacaq

Aksel Vitsel klubu ilə bağlı qərarını verib. Yarımmüdafiəçi Dortmund “Borussiya”sında son mövsümünü keçirir.

Klub rəhbərliyi belçikalı ilə yayda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib. O, komandadan ayrılacaq. Yarımmüdafiəçiyə artıq bir neçə həftə əvvəl bu barədə məlumat verilib.

Həmçinin, onun karyerasını MLS-də davam etdirə biləcəyi qeyd olunur.

Bu mövsüm Vitsel Bundesliqada 25 oyuna çıxıb və 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Böyük beşlik”də ən çox dəyər qazananlar

Növbəti yazı

“Memfis” klub rekordunu yenilədi