Vinisius ən yaxşı seçildi
La Liqada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada Vinisius Cunior layiq görülüb.
O, İspaniya Futbolçular Assosasiyasının təsis etdiyi mükafatın qalibi olub. Mərasim dünən Madriddə keçirilib. Braziliyalı ötən mövsüm “Real”da 33 matça çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə verib.