“Vest Hem” Moyeslə danışıqları dayandırdı
“Vest Hem” baş məşqçi Devid Moyeslə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb. Buna səbəb komandanın “Arsenal”a böyük hesabla uduzması olub.
Klub rəhbərliyi 0:6 hesablı məğlubiyyətdən sonra bu qənaətə gəlib. Onlar komandanın 7 matçdır qələbə qazana bilmədiyi uğursuz dönəmdə çalışdırıcının nələr edəcəyini görmək istəyir.
Qeyd edək ki, tərəflər arasında hazırkı müqavilə mövsümün sonunda başa çatır.