“Yuventus”da ayrılıq
“Yuventus”da ayrılıq baş verəcək. Müdafiəçi Aleks Sandro yayda klubu tərk edəcək.
“Qoca sinyora” 33 yaşlı braziliyalı ilə 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləni yeniləməyi planlaşdırmır. Futbolçu iki klubun onunla maraqlandığı vətənə qayıda bilər.
Qeyd edək ki, Aleks Sandro 2015-ci ilin avqustundan “Yuventus”da çıxış edir.