“Vest Hem” Maquayrdan imtina etdi
“Vest Hem” Harri Maquayrın transferi ilə bağlı planından imtina edib. Buna danışıqların uzanması səbəb olub.
“Mançester Yunayted”in müdafiəçisi keçidini öz klubu ilə razılaşdırmaqda çətinliklə üzləşib. Londonlular Maquayrdan əlini üzməli olub. Klub rəhbərliyi digər müdafiəçilərin namizədliyini nəzərdən keçirir.