“Vest Hem”ə cəza
UEFA İngiltərənin “Vest Hem” klubunu cəzalandırıb. Qurum London təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunun “Rapid”lə səfər oyununa buraxılmaması barədə qərar qəbul edib.
Buna ingiltərəli fanatların “Genk”lə görüşdəki (2:2) davranışları səbəb olub. Belçikadakı oyunda tribunalarda özbaşınalıqlar edən qonaq azarkeşlər meydana kənar əşyalar da atıblar. “Vest Hem” 34 min 500 avro cərimə də ödəyəcək.