Veretennikovun rekordu təkrarlandı

Veretennikovun rekordu təkrarlandı

Rusiya Premyer Liqasının XI turunda “Arsenal”ın qonağı olan “Zenit” 1:2 hesabı ilə uduzub. Ardıcıl ikinci məğlubiyyətini alan Sankt-Peterburq təmsilçisinin yeganə qoluna Artyom Dzyuba imza atıb.

Bu, forvardın Rusiya çempionatlarında 143-cü qolu olub. Dzyuba bununla da turnirin rekorduna şərik çıxıb. Artyom “Rotor”un əfsanəsi Oleq Veretennikova çatıb.

Dzyuba həm də “Zenit”də 100-cü qoluna imza atıb. O, 2015/16 mövsümündən fasilə ilə bu klubda çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Salahdan rekord, Mane 3-cü oldu

Növbəti yazı

“Keşlə”dən ilk səfər qələbəsi, Qəbələdə sülh