Salahdan rekord, Mane 3-cü oldu

Salahdan rekord, Mane 3-cü oldu

“Liverpul”un futbolçuları Sadio Mane və Məhəmməd Salah üçün İngiltərə Premyer Liqasının VIII turu əlamətdar olub. Hər iki hücumçu “Uotford”la səfərdəki matçda bir qolla fərqlənib.

Mane Premyer Liqada 100-cü qolu vurub. Seneqallı hücumçu komandasının 5:0 hesabı ilə qalib gəldiyi oyunda ilk qolun müəllifi olub.

O, Premyer Liqada penalti zərbəsi vurmadan 100 qol səddini fəth edən 3-cü futbolçudur. Les Ferdinand 149, Emil Heski 110 qolu penaltisiz rəqib qapısından keçirib.

Matçdakı sonuncu qolun müəllifi olan Salah Premyer Liqada rekorda şərik olub. O, ən çox qol vuran afrikalı Didye Droqbaya çatıb.

Hər iki hücumçu 104 dəfə fərqlənib. Sadio həm də 100 və daha çox qol vuran 3-cü afrikalıdır.

ETOPAZ

Əvvəlki yazı

Səkkiz tennisçi ilk mərhələni buraxacaq

Növbəti yazı

Veretennikovun rekordu təkrarlandı