Varan qayıtdı
“Mançester Yunayted”in zədəli futbolçularından biri sıraya dönüb. Rafael Varan komanda ilə məşqlərə start verib.
30 yaşlı müdafiəçi noyabrın 11-dən sonra heç bir matçda iştirak etməyib. Buna onun belindəki ağrılar səbəb olub.
Sabah mançesterlilər evdə “Bornmut”la qarşılaşacaq. Bu görüş Premyer Liqanın 16-cı turu çərçivəsində keçiriləcək.