Van Bastenin rekordu təkrarlandı

Van Bastenin rekordu təkrarlandı

Çempionlar Liqasında mövsümün ilk pokeri qeydə alınıb. Buna “Ayaks”ın futbolçusu Sebastyan Aller imza atıb. 27 yaşlı futbolçu “Sportinq”lə Portuqaliyadakı qarşılaşmada 4 qol vurub. Niderland təmsilçisinin 5:1 hesabı ilə qalib gəldiyi matç Allerin Çempionlar Liqasında debüt oyunu olub.

Sebastyan turnirin tarixinə ilk qarşılaşmasında 4 top vuran ikinci futbolçu kimi düşüb. Onadək yalnız Marko van Basten debütdə poker müəllifi olub. O, 1992-ci ildə “Milan”ın heyətində fərqlənib. “Ayaks”ın futbolçusu bu rekordu 29 il sonra təkrarlayıb.

Xatırladaq ki, Aller bu ilin yanvarında “Vest Hem”dən 22,5 milyona transfer olunub. Ötən mövsüm onun adı səhv üzündən Avropa Liqasının sifariş vərəqinə daxil edilməyib.

ETOPAZ

Əvvəlki yazı

Qvardiola “Mançester Siti” ilə 300-ə çatdı

Növbəti yazı

FİFA reytinqi açıqlandı