FİFA reytinqi açıqlandı

FİFA reytinqi açıqlandı

Milli komandaların FİFA reytinqi açıqlanıb. Ötən ayla müqayisədə sentyabr reytinqində bəzi dəyişikliklər olub. Belçika 1-ci, Braziliya 2-ci pillədəki yerini qoruyub. İngiltərə Fransanı 3-cü sıradan sıxışdırıb. Portuqaliya isə İspaniyanı arxada qoyub. İlk “onluğ”a daxil olan Danimarka ABŞ-ı kənarda qoyub.

Hesabat dövründə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq (1:2), İrlandiya (1:1) və Portuqaliya (0:3) ilə qarşılaşan Azərbaycan yığması 5 pillə geriləyib. Canni de Byazinin baş məşqçisi olduğu komanda 1158 xalla 117-ci yerdə qərarlaşıb.

Türkiyə yığması 1455 xalla dünyanın 41-cisidir. “Ay-ulduzlular” 2 addım geriləyib.

Xatırladaq ki, siyahıda dünyanın 210 komandası yer alıb.

FİFA reytinqində “Top-10”

1 (1). Belçika – 1832

2 (2). Braziliya – 1812

3 (4). İngiltərə – 1755

4 (3). Fransa – 1754

5 (5). İtaliya – 1736

6 (6). Argentina – 1725

7 (8). Portuqaliya – 1675

8 (7). İspaniya – 1674

9 (9). Meksika – 1666

10 (11). Danimarka – 1658

ETOPAZ

Əvvəlki yazı

Van Bastenin rekordu təkrarlandı

Növbəti yazı

“Bavariya”da yeni müqavilə