“Valensiya”da ayrılıq baş verə bilər

“Valensiya”da ayrılıq baş verə bilər

“Valensiya”da ayrılıq yaşana bilər. Qapıçı Georgi Mamardaşvili mövsümün sonunda komandasını dəyişməyə yaxındır.

22 yaşlı qolkiper “Tottenhem”, “Aston Villa”, “Atletiko”, “Vilyarreal” və “Portu”nun maraq dairəsinə düşüb. İspaniya klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi olan Gürcüstan millisinin qolkiperinin sərbəst qalma məbləği 100 milyon avrodur. “Valensiya” futbolçunu daha ucuz qiymətə satmağa razı olsa da, Mamardaşvili komandada qalaraq əsas heyətdə möhkəmlənmək istəyir.

ETOPAZ

Əvvəlki yazı

Kundedən “Barselona” qərarı

Növbəti yazı

“Liverpul” Makallister transferində israrlıdır