Uruqvayla Ekvador DÇ-2022-də

Uruqvayla Ekvador DÇ-2022-də

Qətərdə keçiriləcək DÇ-2022-yə daha iki vəsiqənin sahibi bəlli olub. Uruqvayla Ekvador yığmaları mundialda iştirak hüququ qazanıb.

Bu, KONMEBOL zonası üzrə seçmə mərhələnin XVII turunda rəsmiləşib. Perunu 1:0 hesabı ilə məğlub edən Uruqvay xal hesabını 25-ə çatdırıb. Eyni xala malik Ekvador isə Paraqvaya 1:3 hesabı ilə uduzub.

Hər iki komanda sona bir tur qalmış ilk dördlükdə yerini təmin edərək dünya çempionatına yüksəlib.

Nəticədə dünya çempionatında iştirakı dəqiqləşən komandaların sayı 19-a çatıb. Daha öncə 17 yığma bu hüquqa yiyələnib.

Qətərin meydan sahibi kimi yüksəldiyi mundiala Avropadan Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Cənubi Amerikadan Braziliya, Argentina, Uruqvay, Ekvador, Asiyadan İran, Cənubi Koreya, Yaponiya və Səudiyyə Ərəbistanı dördilliyin ən mötəbər yarışına yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Türkiyə və İtaliya mundialdan kənarda qaldı

Növbəti yazı

Burak Yılmaz milli karyerasını başa vurdu