“Uimbldon”da 7-ci zəfər

“Uimbldon”da 7-ci zəfər

“Uimbldon”da kişilərin fərdi yarışlarına yekun vurulub. Novak Cokoviç finalda Nik Kiriosa qalib gəlib – 4:6, 6:3, 6:4, 7:6.

“Böyük dəbilqə”lərdə 21-ci çempionluğu qazanan serb bununla da Rocer Federeri keçib. O, yalnız Rafael Nadaldan (22) geri qalır.

Cokoviç “Uimbldon”da ardıcıl 4-cü, ümumilikdə 7-ci dəfə qalib olub. Pit Samprasa çatan balkanlı Federerdən bir titul geridədir.

Ümumilikdə isə 88-ci ATP çempionluğu yaşayan Novak bu göstəricidə 5-cidir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.07.2022

Növbəti yazı

Keyn “Bavariya”ya keçməyəcək