Sürpriz kupon – 11.07.2022
Atletiko Mineyro – San Paolo 1
A Seriyasının son çempionu olan meydan sahibləri bu mövsüm də iddialıdı. Amma hələlik liderlik mövqeyi “Palmeyras”dadı. Halkın təcrübəsi və Belu Orizontidə yerli azarkeşlərin fantastik dəstəyi qarşında işləri o qədər də yaxşı getməyən “San Paolo”nun davam gətirəcəyi indandırıcı görünmür. Əfsanəvi qolkiper-bombardir Rojerio Seninin baş məşqçisi olduğu komanda güman ki, bu səfərdən də əliboş dönəcək.
Fortaleza – Palmeyras 2
A seriyasında turnir cədvəlin quyruğunda lövbər salan “Fortaleza” buna baxmayaraq son 5 ev oyunundan cəmi birində uduzub.
Komandalar arasınsa ötən çempionat keçirilən hər 2 oyun da “Fortaleza”nın qələbəsi ilə bitib.
Bütün bunlara baxmayaraq, çempionatın hazırki liderinin ötən müvsüm uduzduğu matçların revanşını alacağını gözləyirəm. Qeyd edim ki, “Palmeyras” cari çempionatda keçirdiyi 7 səfər oyunundan heç birində məğlub olmayıb.
Valur – Keflavik QOL/QOL
Komandalar çox məhsuldar futbol sərgiləyir. Amma eyni zamanda qapılarının toxunulmazlığını da qorumaqda çətinlik çəkirlər. Rəqiblər arasında son 10 qarşılaşmanın hamısı “Valur”un qələbəsi ilə bitib. Buna baxmayaraq, oyunda daha az riskli variantın Qol/Qol olduğunu düşünürəm.