Günün kuponu – 11.07.2022
Kolo Kolo – Dep La Serena 1
Çili çempionatının lideri Premyer Liqada 3 oyundur heç-heçə edir. Amma bu seriyanın bir sonu olmalıdır. Qonaqlar çempionatın autsayderlərindəndir. Çətin ki, rəqib meydanda ad-sanlı rəqib qarşısında tab gətirsinlər.
Barselona Q – Delfin M 1
Ekvador yüksək liqasının lideri tunir cədvəlində 7-ci pillədə qərarlaşan və “Barselona”dan 7 xal geri qalan “Delfin”i qəbul edir.
Meydan sahibləri istər statistik göstəricilərə, istərsə də, səviyyə baxımından rəqibindən xeyli üstündür. Qonaqlar bu dueldə şanssız görünür.
River Pleyt – Qodoy Krus 1
Argentina futbolunun brendlərindən olan “River Pleyt” ortabab “Qodoy Krus”u qonaq edəcək. Buenos Ayres təmsilçisi 5 oyundur evdə uduzmur, qonaqlar isə 7 oyundur səfərdə qələbəyə həsrətdilər. Bütün ehtimallar bu qarşılaşmada da Marselo Qalyardonun komandasının 3 xal qazanacağından yanadı.