Uilşir yeni klubu ilə müqavilə imzaladı

Uilşir yeni klubu ilə müqavilə imzaladı

İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşir yeni klubu ilə müqavilə imzalayıb. “Arsenal”ın yetirməsi karyerasını Danimarkada davam etdirəcək.

Ötən mövsümün sonunda “Bornmut”dan ayrılan futbolçu həmin vaxtdan klubsuz qalmışdı. 30 yaşlı yarımmüdafiəçi “Orxus”la anlaşıb. Ulduz oyunçu yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Cek Uilşir 2008-2018-ci illərdə “Arsenal”ın əsas komandasında çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Suares Avropadan gedir

Növbəti yazı

Maykl Cordan Macik Consonu təkbətəkə çağırdı