Suares Avropadan gedir

Suares Avropadan gedir

“Atletiko”nun hücumçusu Luis Suares yayda komandasını dəyişməyi düşünür. 35 yaşlı forvard Avropanı tərk etməyə yaxındır.

Çünki Uruqvay millisinin üzvü MLS və Braziliya klublarının maraq dairəsindədir. Həmçinin “Atletiko” rəhbərliyi də iki il əvvəl “Barselona”dan 7 milyon avroya transfer edilən forvardla yeni müqavilə bağlamaq niyyətindədir.

Bu mövsüm bütün turnirlərdə 33 oyunda 11 qol vuran Suaresin sözləşməsi mövsümün sonuna qədərdir.

ETOPAZ

Əvvəlki yazı

5 illik müqavilə təklifi

Növbəti yazı

Uilşir yeni klubu ilə müqavilə imzaladı