UEFA reytinqində 29-cu

UEFA reytinqində 29-cu

Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub. Ölkəmiz 2022/23 mövsümünü 29-cu pillədə başa vuracaq.

Avrokuboklardakı son təmsilçimiz “Qarabağ” mübarizəni dayandırmasından sonra mövqeyimizin dəyişməyəcəyi dəqiqləşib. Azərbaycan mövsümü 4,000 xalla bitirib. Son 5 ilin yekununda isə 16,625 xala malik ölkəmiz 29-cu pillədə qalıb.

Reytinqdə aşağı pillələrdə qərarlaşan ölkələrdən yalnız Moldovanın təmsilçisi qalsa da, bizi arxada qoymaq şansı yoxdur. 32-ci yerdə qərarlaşan bu ölkənin cəmi 12,250 xalı var.

ETOPAZ

Əvvəlki yazı

İlk məğlubiyyət

Növbəti yazı

Ən yaxşı adına iddiaçılar