UEFA ilin ən yaxşılarına namizədləri açıqladı

UEFA ilin ən yaxşılarına namizədləri açıqladı


UEFA ilin futbolçusu və məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Hər iki siyahıda üç iddiaçı yer alıb. İlin futbolçusu adına namizədlər Jorjinyo, Nqolo Kante (hər ikisi “Çelsi”) və Kevin de Breynedir (“Mançester Siti”).
Ən yaxşı məşqçi adına Pep Qvardiola (“Mançester Siti”), Tomas Tuxel (“Çelsi”) və Roberto Mançini (İtaliya yığması) iddia edir.
UEFA-nın mükafatlarının sahibləri Çempionlar Liqasının qrup mərhələsinin avqustun 26-da keçiriləcək püşkatmasında açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq. Mərasimdə həmçinin, Çempionlar Liqasının mövqelər üzrə ən yaxşıları, Avropa Liqasının ən yaxşısı və qadın futbolunda nominasiya qalibləri bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real” Benzema ilə yeni müqaviləni razılaşdırdı

Növbəti yazı

ABŞ tennisçisi dopinqə görə cəzalandı