U-21 millimizin heyətində dəyişiklik

U-21 millimizin heyətində dəyişiklik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

A millinin UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.

Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Musialaya İngiltərədən müştəri

Növbəti yazı

“Qarabağ”da ayrılıq