“Qarabağ”da ayrılıq
“Qarabağ”da ayrılıq baş verib. Klub hücumçusu Hamidu Keytayla yollarını ayırıb.
Bu barədə klubun mərbuat xidməti məlumat yayıb. 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.