U-21 daha bir yoldaşlıq matçı keçirəcək

U-21 daha bir yoldaşlıq matçı keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. U-21 iyunun 11-də Liv Bona Dea Arenada Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Ramosa Türkiyədən təklif

Növbəti yazı

Alberto “Napoli” yolunda