Tuxeldən rekord
Tomas Tuxel Çempionlar Liqasında 50-ci oyununu keçirib. Almaniyalının yubileyi 1/8 final mərhələsinin cavab görüşünə təsadüf edib.
Onun rəhbərlik etdiyi “Çelsi” Fransada “Lill”ə 2:1 hesabı ilə qalib gəlib. Bu, Tuxelin Çempionlar Liqasında 32-ci qələbəsi olub.
Almaniyalı çalışdırıcı qitənin ən nüfuzlu klub turnirndəki ilk 50 matçda ən çox qələbə qazanan baş məşqçi olub. Zinəddin Zidan 31, Pep Qvardiola 30, Visente del Boske 29, Dieqo Simeone 28 dəfə qalib gəlib.
Yalnız Yupp Haynkes daha yaxşı nəticəyə malikdir. O, eyni sayda 32 qələbəyə daha tez – 47 matçda nail olsa da, 50 qarşılaşma keçirən mütəxəssislər sırasında deyil.