1/8 final sindromu
“Yuventus” Çempionlar Liqasında 1/8 final sindromu ilə üzləşib. İtaliya klubu ardıcıl üçüncü dəfə mübarizəni bu mərhələdə dayandırıb.
Masssimiliano Alleqrinin yetirmələri “Vilyarreal” səddinə “ilişib”. Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçəyə nail olan “ağ-qaralar” evdə məğlubiyyətlə üzləşib – 0:3.
Turin klubu ötən mövsümdə “Porto”ya (1:2, 3:2), daha öncə “Lion”a (0:1, 2:1) uduzaraq turnirlə vidalaşıb. “Yuventus” 1/8 final mərhələsinin “Atletiko”nu məğlub etdiyi (0:2, 3:0) 2018/19 mövsümündə adlaya bilib.