Türkiyə, Gürcüstan və Portuqaliya 1/8 finalda!

Türkiyə, Gürcüstan və Portuqaliya 1/8 finalda!

AVRO-2024-də qrup mərhələsinə yekun vurulub. Son oyun günündə F qrupunun matçları baş tutub.

Türkiyə Çexiya ilə qarşılaşıb. Görüşdə hesabı Hakan Çalhanoğlu açıb. Çexlərin buna cavabı Tomaş Souçeklə gəlib. Lakin qardaş ölkə təmsilçisi son dəqiqədə Cenk Tosunla qələbə topunu vurub – 2:1.

Gürcüstan isə Portuqaliyanı sınağa çəkib. Qonşularımız 2-ci dəqiqədə hesabı açıb. Xviça Kvaratsxeliya fərqlənib. Gürcülər ikinci hissədə Georgi Mikautadze ilə qələbəni rəsmiləşdirib – 2:0.

Bununla da, Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Rumıniya, Belçika və Slovakiya 1/8 finalda

Növbəti yazı

Daha bir 1/4 finalçı bəlli oldu