Türkiyə kubokunun 1/4 final püşkləri bəlli oldu

Türkiyə kubokunun 1/4 final püşkləri bəlli oldu

Türkiyə kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb. Yarımfinala gedən yolda cütlüklər bəlli olub. 

Püşk “Fənərbaxça”nı “Kayserispor”a, “Qalatasaray”ı isə  “Başakşehr”ə rəqib edib.

1/4 final matçları fevralın 28-dən martın 2-dək keçiriləcək. Yarımfinalın ilk oyunları isə aprelin 4-6-da, cavab görüşləri ayın 25-27-də olacaq. 

Qeyd edək ki, Türkiyə kubokunda ev-səfər oyunu yarımfinallardan başlayır. 

Türkiyə Kuboku
1/4 final mərhələsi
1. “Fənərbaxça” – “Kayserispor”
2. “Sivasspor” – “Qaziantep”
3. “Ankaragücü” – “Trabzonspor”
4. “Qalatasaray” – “Başakşehir”

Yarımfinal
2-ci cütün qalibi – 1-ci cütün qalibi
4-cü cütün qalibi – 3-cü cütün qalibi

e-Topaz

Əvvəlki yazı

Maquayr satılacaq

Növbəti yazı

Bellingem “Real”ın hədəfində