Maquayr satılacaq
“Mançester Yunayted”in yay transfer pəncərəsi ilə bağlı planları bəlli olub. İngiltərə klubu iki futbolçusunu satmağa qərar verib.
Premyer Liqa təmsilçisi Harri Maquayr və Skott Maktominini satmaq niyyətindədir. Mançesterlilər onları mövsümün sonunadək saxlamaq fikrindədir.
“Vest Hem” Maquayrı, “Sauthempton” və “Nyukasl” Maktominini transfer etmək istəsə də, “qırmızı şeytanlar” keçidin yaya qədər reallaşmasına razılaşmayıb.