“Turan Tovuz”dan böyükhesablı qələbə

“Turan Tovuz”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə start verilib. Çempionatın ilk turunun açılış oyunu “Dalğa Arena”da baş tutub.

Ev matçlarını bu stadionda keçirən “Araz Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub.

Tovuz təmsilçisinin futbolçuları Martin Petkov iki, Otto Con bir qol vurub. Bununla da Ayxan Abbasovun yetirmələri mövsümə böyükhesablı qələbə ilə başlayıb – 3:0.

Qeyd edək ki, tura avqustun 6-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.08.2023

Növbəti yazı

“Roma”nın futbolçusuna iki müştəri