Tsitsipas Səudiyyə Ərəbistanında oynayacaq 

Tsitsipas Səudiyyə Ərəbistanında oynayacaq

Dünyanın dördüncü raketkası Stefanos Tsitsipas Səudiyyə Ərəbistanındakı sərgi xarakterli nümunəvi turnirdə iştirak edəcək. Bu turnir dekabrın 8-10-da keçiriləcək.


Ona qədər də bir neçə ulduzun iştirakı dəqiqləşib. Daniil Medvedev, Andrey Rublyov, Aleksandr Zverev, Dominik Tim, Sten Vavrinka, Nik Kirios, Teylor Frits və Kemeron Norri də Asiyada korta çıxacaq. Digər üç iştirakçının adı hələ dəqiqləşməyib.


Tsitsipas BƏƏ-dəki yarışa da qatılacaq. Abu-Dabidəki turnir dekabrın 16-18-də təşkil olunacaq.

e-Topaz

Əvvəlki yazı

FİFA-dan Almaniya qərarı 

Növbəti yazı

“Anje” baş məşqçisini göndərdi