FİFA-dan Almaniya qərarı 

FİFA-dan Almaniya qərarı

Almaniya millisi DÇ-2022-nin Yaponiya ilə oyunundan əvvəl etdiyi hərəkətə görə cəzalanmayacaq. FİFA Bundestimə qarşı sanksiya tətbiq etməməyə qərar verib.


Asiya təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan əvvəl alman futbolçular kollektiv fotoda əlləri ilə ağızlarını bağlayıblar. Onlar bunu FIFA-nın “OneLove” kapitan sarğılarını qadağan etməsinə etiraz əlaməti olaraq ediblər.

Almanların kapitanı Manuel Noyer də məsələyə münasibət bildirib: “FIFA sarğımızı ala bilər, amma bizi heç vaxt susdurmayacaq. Öz dəyərlərimizi və insan haqlarımızı müdafiə edirik”.


Qeyd edək ki, E qrupunda yer alan Almaniya yığması növbəti oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Milan” Rebiçlə bağlı qərarını verdi

Növbəti yazı

Tsitsipas Səudiyyə Ərəbistanında oynayacaq