Tsinsinatti turniri köçür
Tennis üzrə “Western & Southern” turnirinin keçirildiyi yer dəyişdirilə bilər. 1899-cu ildən Tsinsinattidə təşkil olunan yarışın Şarlott şəhərinə köçəcəyi gözlənilir.
“Masters”in yeni sahibləri bunu 2026-cl ildə reallaşdırmaq istəyir. Həmin vaxtadək burada 400 milyon dollar dəyərində tennis mərkəzi inşa olunmalıdır.
Tsinsinattidəki turnir hər il avqustun 3-cü həftəsində keçirilir. Bu yarış “US Open” ərəfəsi seriyaya daxildir.