Dzekodan xüsusi uğur
Çempionlar Liqasının yarımfinal mərhələsinin “Milan”la ilk oyunu (2:0) Edin Dzeko üçün əlamətdar olub. “İnter”in futbolçusu 30 yaşından sonra qitənin ən nüfuzlu klub turnirində 20-ci qolunu vurub.
Bosniya və herseqovinalı hücumçu buna nail olan 7-ci oyunçudur. Onadək Kriştiano Ronaldo, Lionel Messi, Robert Levandovski, Kərim Benzema, Zlatan İbrahimoviç və Didye Droqba üçüncü onilliyini tamamlayandan sonra 20 dəfə fərqlənib.