Tovuzda qollu bərabərlik
Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.
“Kəpəz” “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. 20-ci dəqiqədə Roi Kehat hesabı açıb. Qoldan sonra oyunu bərabərləşdirən gəncəlilər istəyinə hissənin sonlarında nail olub. Giorgi Papunaşvili 43-cü dəqiqədə adını tabloya yazdırıb – 1:1. Tərəflərin səylərinə baxmayaraq matçda hesab dəyişməyib.
Qeyd edək ki, tura ayın 18-də yekun vurulacaq.