Sürpriz kupon – 15.12.2023

Sürpriz kupon – 15.12.2023

Borussiya MN. – Verder Bremen 3,5 ÜST

Bu komandların əvvəlki görüşlərinə nəzər salanda bol qollu oyunların çox olduğunu görürük. Məncə bu dəfə də istisna olmayacaq. Hətta bu oyunda ən azı 4 qolun vurulacağını ehtimal edirəm. Sürpriz kupon olduğunu nəzərə alaraq, 3,5 üst seçimini təklif edirəm.

Klub Leon – Urava 2

Zənnimcə Yaponiya çempionu Urava klublararası Dünya Çempionatının əsl sürprizi ola bilər. Meksika çempionu ilə görüşdə də onlar sürpriz etməyə qadirdirlər.

Vesterlo – Eupen 1/1

Vesterlo bu cütün favoritidir. Meydan sahiblərinin elə ilk hissədə nəticəni əldə edəcəklərini düşünürəm. Məncə, Vesterlo həm hissəni, həm də matçı qazanacaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 15.12.2023

Növbəti yazı

Tovuzda qollu bərabərlik