Tovuzda məhsuldar heç-heçə
Azərbaycan Premyer Liqasında XXVI turun ikinci günü start götürüb. “Kəpəz” “Neftçi”ni qəbul edib.
Qarşılaşma Tovuzda baş tutub. Matç məhsuldar alınıb.
Gəncə təmsilçisi qarşılaşmanın gedişində üç dəfə hesabda önə keçib. İki dəfə Martins Junior, bir dəfə Elçin Əlicanov bunu bacarıb. Hər üç qola Filip Ozobiç cavab verib. Milliləşən xorvatiyalı het-triklə komandasına bir xal qazandırıb – 3:3.
Qeyd edək ki, bu gün turun daha bir matçı keçiriləcək. “Sabah” “Qəbələ”ni qəbul edəcək.