21-ci quruhesablı set

21-ci quruhesablı set

Dünyanın birinci raketkası İqa Şventek WTA-1000 turnirlərində 21-ci dəfə seti quru qələbə ilə başa vurub. O, İndian-Uellsdəki yarışın ikinci mərhələsində Daniel Kollinzə qalib gəlib – 6:3, 6:0.

Bu, İqanın bütün qələbələrinin 10,6 faizidir. 2009-cu ildən keçirilən bu formatlı turnirlərdə ən yüksək faiz göstəricisidir.

Polşalı tennisçinin üçüncü mərhələdəki rəqibi də dəqiqləşib. O, çexiyalı Linda Noskova ilə görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Tovuzda məhsuldar heç-heçə

Növbəti yazı

“Yuventus”un Yıldız planı