Tovuzda ilk dəfə

Tovuzda ilk dəfə

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində ilk dəfə evdə böyük hesabla uduzub. Bu, Azərbaycan Premyer Liqasının XXXI turunun “Sumqayıt”la görüşündə qeydə alınıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıb. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənib.

Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ruud Barselona turnirində çempion oldu

Növbəti yazı

Rekordun bir addımlığında