“Tottenhem” baş məşqçisinə 2 oyunluq vaxt verdi
Premyer Liqada növbəti baş məşqçi istefası gerçəkləşə bilər. “Tottenhem” rəhbərliyi Nunu Eşpiritu Santunu vəzifəsindən azad etmək barədə düşünür.
Qarşıdakı iki març portuqaliyalı üçün həlledici olacaq. Komandanın nəticələrindən narazı olan rəhbərlik ona iki oyunluq vaxt verib.
“Vitess”lə Konfrans Liqası, “Everton”la Premyer Liqası görüşlərindən sonra mütəxəssislə bağlı qərar veriləcək. Bu oyunlardan birində alınacaq məğlubiyyətin baş məşqçi üçün sonuncu olacağı gözlənilir.