“Liverpul” Salahla anlaşa bilmir

“Liverpul” Salahla anlaşa bilmir

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. İngiltərə klubu misirli hücumçu ilə qış transfer pəncərəsinə qədər yeni anlaşma imzalamaq istəyir.

Lakin tərəflər maaş məsələsində anlaşmaqda çətinlik çəkirlər. Əgər 2022-ci il yanvarın 1-dək yeni müqavilə imzalamasa, Salahın komandada qalmayacağı bəlli olacaq. Anlaşması 2023-cü ilin yayında başa çatacaq futbolçu satıla da bilər.

Xatırladaq ki, Salah cari mövsümdə keçirdiyi 13 oyunda 15 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem” baş məşqçisinə 2 oyunluq vaxt verdi

Növbəti yazı

Ronaldo 11-ci dəfə “40”a çatdı