Torres “Tottenhem”ə keçməkdən imtina etdi

Torres “Tottenhem”ə keçməkdən imtina etdi


İspaniya millisinin və “Vilyarreal” klubunun futbolçusu Pau Torres İngiltərədən aldığı təklifi rədd edib. Müdafiəçinin “Tottenhem”də oynamaq variantı olub. Pau yay transfer pəncərəsindəki təklifi qəbul etməyib: “Mənə bir klubun maraqlandığını dedilər. Sonradan onun “Tottenhem” olduğunu bildim. Amma mən “Vilyarreal”da qalmağa üstünlük verdim. Doğma klubda qalmaq ən yaxşı qərar idi. Qarşımıza daha böyük hədəflər qoymuşuq”.
24 yaşlı Torres ötən mövsümdə “Vilyarreal”da 44 oyunda 3 qol vurub. Pau komandası ilə birlikdə Avropa Liqasının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Mario Mancukiç karyerasını başa vurdu

Növbəti yazı

ATP yekun turnirinə 2-ci vəsiqənin sahibi bəlli oldu