Mario Mancukiç karyerasını başa vurdu

Mario Mancukiç karyerasını başa vurdu


Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç karyerasını başa vurub. Bunu hücumçunun özü açıqlayıb. 35 yaşlı forvardın son klubu bu il şərəfini qoruduğu İtaliya “Milan”ı olub.
O, karyerası ərzində “Marsoniya”, “Zaqreb”, “Dinamo” Zaqreb (hamısı Xorvatiya), “Volfsburq”, “Bavariya” (hər ikisi Almaniya), “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya) və “Al-Duhail” (Qətər) klublarının da formasını geyinib. Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında oynamış hücumçu 2007-18-ci illərdə əsas milli komandada 89 matça 33 qol vurub. Mario DÇ-2018-in gümüş mükafatçısı olub.

ETOPAZ

Əvvəlki yazı

Kinq NBA-ya qayıtdı

Növbəti yazı

Torres “Tottenhem”ə keçməkdən imtina etdi