Tayrizdən rekord: 17 ötürmə

Tayrizdən rekord: 17 ötürmə

“Sakramento”nun basketbolçusu Tayriz Haliberton karyerasının rekorduna imza atıb. O, ilk dəfə bir qarşılaşamda 17 məhsuldar ötürmə verib.

Tayriz “Oklahoma” ilə matçda fərqlənib. Onun komandası 113:103 hesablı qələbə qazanıb.

Bunadək Tayrizin rekordu 13 ötürmə idi. O, ötən il dekabrın 22-də “Klippers”lə qarşılaşmada bunu bacarmışdı. 40 dəqiqə meydanda olan basketbolçu 13 xal, 6 ribaund və 2 topalmaya da imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Felipeyə 2 illik təklif

Növbəti yazı

“Mançester Siti”dən Foden və Rodri qərarı